Abu-Dhabi 2019 BJJ

Qeyd etdiyimiz kimi, 20-26 aprel 2019 – cu il tarixlərində, Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dhabi Şəhərində Braziliya Ciu-Citsu idman növü üzrə (BJJ) üzrə dünya çempionatı keçirilmişdir. Yarışda 70 ölkədən gəlmiş 163 komanda iştirak etmişdir. Yarışın son günündə reytinq cədvəlində, bu ölkələr arasında 🇦🇿🇦🇿🇦🇿Azərbaycan 🇦🇿🇦🇿🇦🇿 yığması 16-cı yerdə qərar tutmuşdur.


Master kateqoriyalarında mübarizə aparmış idmançılarımız Vüqar Tağıyev 110kq çəki dərəcəsində 1-ci yer 🥇(qızıl medal) , Elçin Nəbiyev 85-kq çəki dərəcəsində 2-ci yer 🥈(Gümüş medal), Mehman Fətəliyev 85-kq çəki dərəcəsində 3-cü yer 🥉(Bürünc medal), Fərhad İbrahimov 110kq çəki dərəcəsində 3-cü yer🥉( Bürünc medal) , Zaur Mehdiyev 85kq çəki dərəcəsində 3-cü yer 🥉( Bürünc medal) qazanmışlar.

Yeniyetmələrin mübarizəsində isə Emil Verdiyev 50 kq çəki dərəcəsində 1-ci yer🥇 (qızıl medal) qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə yüksəlmişdir.


Yığma komandamızın bu möhtəşəm yarışa hazırlığında əməyi keçmiş müəllim və idmançı kollektivini təbrik edir və onlara gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzu edirik.