06.07.2019-cu il tarixində, ingiltərədən “Gracie Barra” mektəbinin nümayəndəsi 3-cü dan qara kəmər sahibi PROF. HENRIQUE SANTANA, Bakıda seminar keçmişdir.
Seminarda Federasiyamızın vitse prezidenti Seymur Səfərov, Azərbaycan Ciu Citsu federasiyasının BJJ departamentinin məşqçi və idmançı heyəti ilə yanaşı, bir çox idmançılar iştirak etmişdir. Sonda Federasiyamızın rəhbərliyi tərəfindən sertifikatla təltif olunmuşdur.
Qeyd edək ki, bu cür məşhur idmançı və məşqçilər ölkəmizə dəvət olunaraq, mütəmadi seminarlar təşkil ediləcəkdir.