“Sakura Aikido School” məktəbində növbəti ustad dərsi keçirildi.
Azərbaycan Ciu Citsu Federasıyasının prezidenti 8 – ci dan Ciu Citsu, 7 – cı dan karate – do, qara kəmər ustadı Mirəli Seyidov ustad dərsi keçərək müəllim və təlimatçı heyyətinə döyüş fəndlərinin sirlərindən, yarış və qeyri – yarış idman növləri ilə küçədə baş verəbilcək döyüşün fərgindən, əsaslarından danışdı. Daha sonra müxtəlif istiqamətlərdə fəndlər göstərərək, rəqibi tez bir zamanda zərərsizləşdirmə metodlarını tədbiq etdi.

Azərbaycan da tanınmış idmançılar yetişdirmiş Mirəli Seyidov qeyd edir ki: ” Özünü müdafiə və əlbəyaxa döyüş sirlərinə dərindən yiyələnmək üçün mütəmadi məşq və bilgiləri əzələ yaddaşına həkk etdirmək gərəkdir… “

İdmançıların gələcəyi məşğul olduqları döyüş növlərinin fəlsəfəsini, metodunu düzgün qavramasında, təlimatçıların ifadə etməsindədir. Odur ki, belə ustad dərsləri vaxtaşırı keçirilərək şəxsiyyətin inkişafına, Azərbaycanın gələcəyinə xidmət etmiş olur.

Təlimin gedişində məlum oldu ki, zirvəyə gedən yolun çox pillələri vardır və biz bu gün növbəti pilləyə qədəm qoyduq…

p.s: “Sakura Aikido School” – da keçirilən ustad dərsində Ən Ənəvi Ciu Citsunun “Motoha Yoşin Ryu Bujitsu Azerbaijan” məktəbinin nümayəndələri də iştirak etmişdir.