AZƏRBAYCAN İDMAN İCTİMAİYYƏTİNİN B Ə Y A N A T I

179

Cari ilin iyul ayının 12-dən etibarən ölkəmizin Tovuz rayonu ərazisində dövlət sərhədinə fitnəkar düşmən olan separatçı və işğalçı Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən başlayan hücumlar fasilərlə davam edərək sentyabr ayının 27-dən etibarən Azərbaycanın işğal olunmuş ərazilərindən işğal altında olmayan yaşayış məntəqələrinin və dinc sakinlərin hədəfə alınması, ağır artilleriya və iri çaplı silahlardan atəşə tutulması ilə  nəticələndi. Buna baxmayaraq, qüdrətli Azərbaycan Ordusunun rəşadətli hərbçiləri düşmən tərəfin təxribatına tutarlı cavablar verir və əməliyyat şəraitinə tam nəzarət edir. Xalqımız baş verənləri həssaslıqla izləyir, Silahlı Qüvvələrimizə yüksək etimadlarını ifadə edərək, hərbçilərimizin qəhrəmanlıqlarını qürur hissi ilə qarşılayırlar. Ordumuzun uğurlu cavab əməliyyatlarına idmançılarımız da könüllü olaraq qatılmış və torpaqlarımızın bütovlüyü uğurunda gedən Böyük Vətən müharibəsində yüksək əzmlə savaşırlar. Artıq idmançılarımız arasında əzəli və  ayrılmaz torpağımız olan Qarabağın azad edilməsi üçün canlarından keçərək şəhid olanlar vardır.

Son günlərdə bir sıra beynəlxalq təşkilatlar və dövlətlər 30 ilə yaxın müddət ərzində ölkə ərazisinin Dağlıq Qarabağ və ətrafındakı 7 rayonu əhatə edən 20 faizə yaxın bir hissəsinin işğal olunduğu, 25 min nəfərdən çox  Azərbaycan vətəndaşının həlak olduğu, 1 milyon nəfərdən çox insanın qaçqın və məcburi köçkünə çevrildiyi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yenidən dondurulması ilə bağlı çıxışlar edirlər. Lakin BMT Təhlükəsizlik Şurası tərəfindən 1993-cü ildə 4 qətnamə (822, 853, 874 və 884 saylı qətnamələrdə Qarabağ ərazisindən işğalçı Ermənistan Respublikasının Silahlı Qüvvələrinin qeyd-şərtsiz çıxması tələb olunur) qəbul olunduğunu, eyni zamanda otuz ilə yaxındır Minsk qrupunun vasitəçiliyi ilə aparılan danışıqların heç bir nəticə vermədiyini yada salaraq bildiririk ki, bu münaqişəni dondurmaq əvəzinə yuxarıda qeyd edilən qətnamələrin işğalçı Ermənistan Respublikası tərəfindən qeyd-şərtsiz icra olunması üçün çağırış etmək, 1 milyondan çox qaçqın və məcburi köçkün soydaşımızı öz doğma torpaqlarına qayıtması üçün bəyanat vermək daha ədalətli olardı.

Biz, aşağıda adları qeyd olunan təşkilatlar Azərbaycan idman ictimaiyyəti adından bəyan edirik ki, beynəlxalq hüquq normaları çərçivəsində tanınan ərazilərimizin bütövlüyü tam bərpa olunmayanadək, işğalçı Ermənistan Respublikasının Silahlı Qüvvələri ölkə ərazimizi tam tərk etməyənədək, 1 milyondan çox qaçqın və məcburi köçkün soydaşımız öz dogma torpaqlarına qayıtmayanadək canımız və qanımızla apardığı haqq mübarizəsində sona qədər Dövlətimizin yanındayıq!

Bununla bərabər Sizləri bu haqq yolunda dünya ictimaiyyətini, idman qurumlarını düzgün və qərəzsiz məlumatlandırmağa və işğalçı Ermənistan Respublikasının təcavüzünü pisləməyə çağırırıq!

AZƏRBAYCAN İDMAN İCTİMAİYYƏTİ ADINDAN

 Azərbaycan Milli Olimpiya Komitəsi
 Azərbaycan Milli Paralimpiya Komitəsi
 Azərbaycan Xüsusi Olimpiya Komitəsi
 Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası
 Azərbaycan İdmançıları İctimai Birliyi
 Azərbaycan İdman Könüllüləri İctimai Birliyi
 Azərbaycan İdman Jurnalistləri Federasiyası
 Azərbaycan Ağır Atletika Federasiyası
 Azərbaycan Atçılıq Federasiyası
 Azərbaycan Atıcılıq Federasiyası
 Azərbaycan Atletika Federasiyası
 Azərbaycan Badminton Federasiyası
 Azərbaycan Basketbol Federasiyası
 Azərbaycan Boks Federasiyası
 Azərbaycan Cüdo Federasiyası
 Azərbaycan Dağ Xizəyi Federasiyası
 Azərbaycan Futbol Federasiyaları Assosiasiyası
 Azərbaycan Gimnastika Federasiyası
 Azərbaycan Güləş Federasiyası
 Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası
 Azərbaycan Həndbol Federasiyası
 Azərbaycan Kamandan Oxatma Federasiyası
 Azərbaycan Məktəb İdmanları Federasiyası
 Azərbaycan Konkisürmə Federasiyası
 Azərbaycan Milli Avarçəkmə Federasiyası
 Azərbaycan Milli Karate Federasiyası
 Azərbaycan Otüstü Hokkey Federasiyası
 Azərbaycan Qılıncoynatma Federasiyası
 Azərbaycan Qolf Federasiyası
 Azərbaycan Reqbi Federasiyası
 Azərbaycan Stolüstü Tennis Federasiyası
 Azərbaycan Taekvondo Federasiyası
 Azərbaycan Tennis Federasiyası
 Azərbaycan Triatlon Federasiyası
 Azərbaycan Üzgüçülük Federasiyası
 Azərbaycan Velosiped İdmanı Federasiyası
 Azərbaycan Voleybol Federasiyası
 Azərbaycan Yelkənli İdman Federasiyası
 Azərbaycan “Vətənin Müdafiəsinə Hazıram” Çoxnövçülüyü Federasiyası
 Azərbaycan Aşixara Kaykan Karate Federasiyası
 Azərbaycan Avtomobil İdmanı Federasiyası
 Azərbaycan Aykido Federasiyası
 Azərbaycan Bilyard İdmanı Federasiyası
 Azərbaycan Bodibildinq və Fitnes Federasiyası
 Azərbaycan Boulinq Federasiyası
 Azərbaycan Budo Döyüş Növləri Federasiyası
 Azərbaycan Çerlidinq Federasiyası
 Azərbaycan Ciu-Citsu Federasiyası
 Azərbaycan Coriyo Kunq-Fu Federasiyası
 Azərbaycan Dağçılıq və Ekstremal İdman Növləri Federasiyaları Assosiasiyası
 Azərbaycan Dama Federasiyası
 Azərbaycan Ən-ənəvi Karate-Do Federasiyası
 Azərbaycan Gözdən Əlillərin Şahmat və Dama Federasiyası
 Azərbaycan Hapkido Federasiyası
 Azərbaycan İdman Rəqsləri Federasiyası
 Azərbaycan Kapoeyra Federasiyası
 Azərbaycan Karlar İdmanı Federasiyası
 Azərbaycan Kikboksinq Federasiyası
 Azərbaycan Kontakt Karate Federasiyası
 Azərbaycan Kunq-Fu Federasiyası
 Azərbaycan Kyokuşin Karate Federasiyası
 Azərbaycan Kyokuşinkaykan Kontakt Karate Federasiyası
 Azərbaycan Milli İdman Növləri Assosiasiyası
 Azərbaycan Motosiklet İdmanı Federasiyası
 Azərbaycan Muay-Tay Tayboks Federasiyası
 Azərbaycan Pankration, Qrapplinq və MMA Federasiyası
 Azərbaycan Peyntbol Federasiyası
 Azərbaycan Poverliftinq Federasiyası
 Azərbaycan Qalaqapı (Qo) Federasiyası
 Azərbaycan Qocyu-Ryu Okinava Karate-Do Federasiyası
 Azərbaycan Qol Güləşi Federasiyası
 Azərbaycan Şahmat Federasiyası
 Azərbaycan Sambo Federasiyası
 Azərbaycan Savat və Şaolin Döyüş Sənəti Federasiyası
 Azərbaycan Stronqman Federasiyası
 Azərbaycan Səmti Müəyyən Etmə Federasiyası
 Azərbaycan Şərq Döyüş Növləri  Assosiasiyası
 Azərbaycan Pençak Silat Federasiyası
 Azərbaycan Şito-Ryu Karate-Do Federasiyası
 Azərbaycan Skayraninq Federasiyası
 Azərbaycan Şorinciryu Kenkokan Karate-Do Kosiki Karate Federasiyası
 Azərbaycan Şotokan Karate-Do Federasiyası
 Azərbaycan Sumo Federasiyası
 Azərbaycan Turan-Do Federasiyası
 Azərbaycan Universal Döyüş Federasiyası
 Azərbaycan Uşu Federasiyası
 Azərbaycan VKC növləri üzrə Karate Federasiyası
 Azərbaycan Vinq Çun döyüş sənəti Federasiyası 
 Azərbaycan Peşəkar Boks Federasiyası
 Azərbaycan MMA Federasiyası

                                                                                                  Azərbaycan, Bakı şəhəri         6 oktyabr 2020-ci il