İclasda federasiyanın idarə heyətinin üzvləri Elvin Abbasov və Əli Cəfərov, mətbuat katibi Rüfət Abdullayev və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nurəddin Daşdəmirov iştirak edib.
Müzakirə mövzusu, federasiyanın saytının modernləşdirilməsi, digital sahədə innovativ addımların atılması və günün müasir tələblərinə uyğunlaşdırılması olub.
Tələb və təkliflər irəli sürüldükdən sonra, bu sahədə gələcək planlar və qarşıya qoyulan məqsədlərə çatmaq üçün, tapşırıqlar verilib.