Azərbaycan Ciu-Citsu Federasiyasına istinadən xəbər verir ki, iclasın mövzusu 8 May 2022-ci il tarixində keçirilməsi planlaşdırılan ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunacaq Bakı Çempionatına hazırlıq idi.
1) Son iclasda qoyulan tapşırıqlar və məsələlərin həllinin gedişatının müzakirəsi.
2) Qarşıda gələn çempionata hazırlığın müzakirəsi.
Toplantıda federasiya rəhbərliyi və məşqçilər iştirak edib