26-29 May tarixlərində İsrailin, Naharia şəhərində Jiu-Jitsu üzrə növbəti Avropa çempionatı start götürüb.
Azərbaycan yığma komandası bu yarışda iki idmançı ilə təmsil olunub. İbişov Elşən +85 kq çəki dərəcəsində fighting sistem üzrə Emil Qurbanov isə 70 kq çəki dərəcəsində gümüş medal qazanıblar.
Federasiyanın mətbuat katibi Rüfət Abdullayev də komanda ilə birgə yarışı işıqlandırmaq üçün Avropa çempionatına yollanıb.
Yarışda yadda qalan məqamları sizə təqdim edirik.