Şəmkir Birinciliyi 2021

Zəfər gününə həsr olunmuş Jiu-Jitsu üzrə açıq ŞƏMKİR Birinciliyi

Yarışda Tovuz , Şəmkir , Şəki və Bakidan Kempo Klub, BBJJA, JGBjj team, Abuşərifov Team komandaları istirak etdi.

Azərbaycan Ciu Citsu Federasiyasının rəhbərliyi və kollektivi adınnan

Yarışda iştirak edən bütün idmançıları təbrik edirik!

Facebook yazısının altına foto və ya videolarınızı əlavə edə bilərsiniz

Süleyman Məmmədli 1948-2021

Azərbaycan idman ictimaiyyətinə ağır itki üz verdi Azərbaycan Taekvon Do Federasiyasının ilk Prezidenti, Azərbaycan Hap Ki Do Federasiyasının, Dünya Turan Do, Dünya Universal Döyüş sənətləri, Yaşlıların Dünya Döyüş sənətləri Assosiasiyalarının, həmçinin Dünya Döyüş sənətləri Assosiasiyası Qlobal Konfederasiyasının Prezidenti və yaradıcısı Məmmədli Süleyman Bağır oğlu vəfat etmişdir.

Azərbaycan Ciu-Citsu Federasiyasının rəhbərliyi və məşqçi heyəti Süleyman Məmmədlinin vaxtsız vəfatından kədərləndiyini bildirir və mərhumun ailə üzvlərinə başsağlığı verir. Allah rəhmət eləsin!

Wikipedia: Süleyman Məmmədli

Bakı Şəhər Birinciliyi | 18-19 Sentyabr 2021 | Hövsan İdman Olimpiya Kompleksi

Tokio XXXII Yay Olimpiya oyunları

Azərbaycan idmançılarının “Tokio-2020” XXXII Yay Olimpiya Oyunlarında mübarizəsi başa çatıb. Olimpiadaya 44 idmançı ilə qatılan komandamız 3 gümüş və 4 bürünc medal qazanıb. Gümüş medalları Azərbaycanın aktivinə karateçilər Rafael Ağayevİrina Zaretska, həmçinin sərbəst güləşçi Hacı Əliyev yazdırıblar. Bürünc medallara isə cüdoçu İrina Kindzerska, boksçu Alfonso Dominges, yunan-Roma güləşçisi Rafiq Hüseynov və qadın pəhləvanımız Mariya Stadnik sahib olublar.

Azərbaycan Ciu-Citsu Federasiyası təbrik edir!

Mir-Əli Seyidov 65! (Video)

Azad Rəhimov

Azərbaycan Ciu Citsu Federasiyasının rəhbərliyi və kollektivi, Azərbaycan Respublikasının gənclər və idman naziri, cənab Azad Rəhimovun vəfatı xəbərini kədər hissi ilə qarşılayır, ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.
Allah rəhmət eləsin!

AZƏRBAYCAN İDMAN İCTİMAİYYƏTİNİN B Ə Y A N A T I

Cari ilin iyul ayının 12-dən etibarən ölkəmizin Tovuz rayonu ərazisində dövlət sərhədinə fitnəkar düşmən olan separatçı və işğalçı Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən başlayan hücumlar fasilərlə davam edərək sentyabr ayının 27-dən etibarən Azərbaycanın işğal olunmuş ərazilərindən işğal altında olmayan yaşayış məntəqələrinin və dinc sakinlərin hədəfə alınması, ağır artilleriya və iri çaplı silahlardan atəşə tutulması ilə  nəticələndi. Buna baxmayaraq, qüdrətli Azərbaycan Ordusunun rəşadətli hərbçiləri düşmən tərəfin təxribatına tutarlı cavablar verir və əməliyyat şəraitinə tam nəzarət edir. Xalqımız baş verənləri həssaslıqla izləyir, Silahlı Qüvvələrimizə yüksək etimadlarını ifadə edərək, hərbçilərimizin qəhrəmanlıqlarını qürur hissi ilə qarşılayırlar. Ordumuzun uğurlu cavab əməliyyatlarına idmançılarımız da könüllü olaraq qatılmış və torpaqlarımızın bütovlüyü uğurunda gedən Böyük Vətən müharibəsində yüksək əzmlə savaşırlar. Artıq idmançılarımız arasında əzəli və  ayrılmaz torpağımız olan Qarabağın azad edilməsi üçün canlarından keçərək şəhid olanlar vardır.

Son günlərdə bir sıra beynəlxalq təşkilatlar və dövlətlər 30 ilə yaxın müddət ərzində ölkə ərazisinin Dağlıq Qarabağ və ətrafındakı 7 rayonu əhatə edən 20 faizə yaxın bir hissəsinin işğal olunduğu, 25 min nəfərdən çox  Azərbaycan vətəndaşının həlak olduğu, 1 milyon nəfərdən çox insanın qaçqın və məcburi köçkünə çevrildiyi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yenidən dondurulması ilə bağlı çıxışlar edirlər. Lakin BMT Təhlükəsizlik Şurası tərəfindən 1993-cü ildə 4 qətnamə (822, 853, 874 və 884 saylı qətnamələrdə Qarabağ ərazisindən işğalçı Ermənistan Respublikasının Silahlı Qüvvələrinin qeyd-şərtsiz çıxması tələb olunur) qəbul olunduğunu, eyni zamanda otuz ilə yaxındır Minsk qrupunun vasitəçiliyi ilə aparılan danışıqların heç bir nəticə vermədiyini yada salaraq bildiririk ki, bu münaqişəni dondurmaq əvəzinə yuxarıda qeyd edilən qətnamələrin işğalçı Ermənistan Respublikası tərəfindən qeyd-şərtsiz icra olunması üçün çağırış etmək, 1 milyondan çox qaçqın və məcburi köçkün soydaşımızı öz doğma torpaqlarına qayıtması üçün bəyanat vermək daha ədalətli olardı.

Biz, aşağıda adları qeyd olunan təşkilatlar Azərbaycan idman ictimaiyyəti adından bəyan edirik ki, beynəlxalq hüquq normaları çərçivəsində tanınan ərazilərimizin bütövlüyü tam bərpa olunmayanadək, işğalçı Ermənistan Respublikasının Silahlı Qüvvələri ölkə ərazimizi tam tərk etməyənədək, 1 milyondan çox qaçqın və məcburi köçkün soydaşımız öz dogma torpaqlarına qayıtmayanadək canımız və qanımızla apardığı haqq mübarizəsində sona qədər Dövlətimizin yanındayıq!

Bununla bərabər Sizləri bu haqq yolunda dünya ictimaiyyətini, idman qurumlarını düzgün və qərəzsiz məlumatlandırmağa və işğalçı Ermənistan Respublikasının təcavüzünü pisləməyə çağırırıq!

AZƏRBAYCAN İDMAN İCTİMAİYYƏTİ ADINDAN

 Azərbaycan Milli Olimpiya Komitəsi
 Azərbaycan Milli Paralimpiya Komitəsi
 Azərbaycan Xüsusi Olimpiya Komitəsi
 Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası
 Azərbaycan İdmançıları İctimai Birliyi
 Azərbaycan İdman Könüllüləri İctimai Birliyi
 Azərbaycan İdman Jurnalistləri Federasiyası
 Azərbaycan Ağır Atletika Federasiyası
 Azərbaycan Atçılıq Federasiyası
 Azərbaycan Atıcılıq Federasiyası
 Azərbaycan Atletika Federasiyası
 Azərbaycan Badminton Federasiyası
 Azərbaycan Basketbol Federasiyası
 Azərbaycan Boks Federasiyası
 Azərbaycan Cüdo Federasiyası
 Azərbaycan Dağ Xizəyi Federasiyası
 Azərbaycan Futbol Federasiyaları Assosiasiyası
 Azərbaycan Gimnastika Federasiyası
 Azərbaycan Güləş Federasiyası
 Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası
 Azərbaycan Həndbol Federasiyası
 Azərbaycan Kamandan Oxatma Federasiyası
 Azərbaycan Məktəb İdmanları Federasiyası
 Azərbaycan Konkisürmə Federasiyası
 Azərbaycan Milli Avarçəkmə Federasiyası
 Azərbaycan Milli Karate Federasiyası
 Azərbaycan Otüstü Hokkey Federasiyası
 Azərbaycan Qılıncoynatma Federasiyası
 Azərbaycan Qolf Federasiyası
 Azərbaycan Reqbi Federasiyası
 Azərbaycan Stolüstü Tennis Federasiyası
 Azərbaycan Taekvondo Federasiyası
 Azərbaycan Tennis Federasiyası
 Azərbaycan Triatlon Federasiyası
 Azərbaycan Üzgüçülük Federasiyası
 Azərbaycan Velosiped İdmanı Federasiyası
 Azərbaycan Voleybol Federasiyası
 Azərbaycan Yelkənli İdman Federasiyası
 Azərbaycan “Vətənin Müdafiəsinə Hazıram” Çoxnövçülüyü Federasiyası
 Azərbaycan Aşixara Kaykan Karate Federasiyası
 Azərbaycan Avtomobil İdmanı Federasiyası
 Azərbaycan Aykido Federasiyası
 Azərbaycan Bilyard İdmanı Federasiyası
 Azərbaycan Bodibildinq və Fitnes Federasiyası
 Azərbaycan Boulinq Federasiyası
 Azərbaycan Budo Döyüş Növləri Federasiyası
 Azərbaycan Çerlidinq Federasiyası
 Azərbaycan Ciu-Citsu Federasiyası
 Azərbaycan Coriyo Kunq-Fu Federasiyası
 Azərbaycan Dağçılıq və Ekstremal İdman Növləri Federasiyaları Assosiasiyası
 Azərbaycan Dama Federasiyası
 Azərbaycan Ən-ənəvi Karate-Do Federasiyası
 Azərbaycan Gözdən Əlillərin Şahmat və Dama Federasiyası
 Azərbaycan Hapkido Federasiyası
 Azərbaycan İdman Rəqsləri Federasiyası
 Azərbaycan Kapoeyra Federasiyası
 Azərbaycan Karlar İdmanı Federasiyası
 Azərbaycan Kikboksinq Federasiyası
 Azərbaycan Kontakt Karate Federasiyası
 Azərbaycan Kunq-Fu Federasiyası
 Azərbaycan Kyokuşin Karate Federasiyası
 Azərbaycan Kyokuşinkaykan Kontakt Karate Federasiyası
 Azərbaycan Milli İdman Növləri Assosiasiyası
 Azərbaycan Motosiklet İdmanı Federasiyası
 Azərbaycan Muay-Tay Tayboks Federasiyası
 Azərbaycan Pankration, Qrapplinq və MMA Federasiyası
 Azərbaycan Peyntbol Federasiyası
 Azərbaycan Poverliftinq Federasiyası
 Azərbaycan Qalaqapı (Qo) Federasiyası
 Azərbaycan Qocyu-Ryu Okinava Karate-Do Federasiyası
 Azərbaycan Qol Güləşi Federasiyası
 Azərbaycan Şahmat Federasiyası
 Azərbaycan Sambo Federasiyası
 Azərbaycan Savat və Şaolin Döyüş Sənəti Federasiyası
 Azərbaycan Stronqman Federasiyası
 Azərbaycan Səmti Müəyyən Etmə Federasiyası
 Azərbaycan Şərq Döyüş Növləri  Assosiasiyası
 Azərbaycan Pençak Silat Federasiyası
 Azərbaycan Şito-Ryu Karate-Do Federasiyası
 Azərbaycan Skayraninq Federasiyası
 Azərbaycan Şorinciryu Kenkokan Karate-Do Kosiki Karate Federasiyası
 Azərbaycan Şotokan Karate-Do Federasiyası
 Azərbaycan Sumo Federasiyası
 Azərbaycan Turan-Do Federasiyası
 Azərbaycan Universal Döyüş Federasiyası
 Azərbaycan Uşu Federasiyası
 Azərbaycan VKC növləri üzrə Karate Federasiyası
 Azərbaycan Vinq Çun döyüş sənəti Federasiyası 
 Azərbaycan Peşəkar Boks Federasiyası
 Azərbaycan MMA Federasiyası

                                                                                                  Azərbaycan, Bakı şəhəri         6 oktyabr 2020-ci il

Ilin yekunları 2019

16.02.2019-cu il tarixində, World Business Center-in konfrans zalında, Azərbaycan Ciu Citsu Federasiyasının Prezidenti Mir-Əli Seyidov, 1-ci Vitse-Prezidenti Azər Əliyev, vitse-prezident Seymur Səfərov, idarə heyətinin üzvləri Əli CəfərovElvin Abbasovun təşkilatçılığı ilə ilin yekunları ilə bağlı tədbir keçirilmişdir.

Dəvət olunan qonaqlar arasında, federasiyanın məşqçi heyəti, idmançılar, ictimai xadimlər, muxtəlif idman klublarının nümayəndələri olmuşdur. 2019-cu ildə kecirilən dünya və avropa çempionatlarında medal qazanmış idmançılar və məşqçilər fəxri diplomlarla təltif olunmuşlar.


Photo: https://we.tl/t-aVERlQ3Evj

PRESIDENT CUP 2019

WORLD CHAMPIONSHIP ADULTS AND PARA JU-JITSU UAE 2019

Noyabrın 16-dan 24-dək BƏƏ-nin paytaxtı Abu-Dabidə Jiu-Citsu üzrə Dünya çempionatı keçirildi. Seyidov Tehran, İbişov ElşənQurbanov Emilin yer aldığı komandamız 2 qızıl və 1 gümüş medal qazandı.

İbişov Elşən – 1 yer,Qurbanov Emil – 1 yer, Seyidov Tehran – 2 yer.

Çempionatda 60 ölkə iştirak edib. Ölkəmiz ilk 10 – 9-cu yerdədir.

Komandaya Seyidov Tehran Federasiyasının baş məşqçisi rəhbərlik edirdi.

Prezident Mir-Əli Seyidovun rəhbərlik etdiyi federasiyanın bütün tərkibi komandanı parlaq uğurla təbrik edir

Şağan 23-24 Noyabr

Grappling world championships BAKU 2019

BBJJA İK

  1. Əhmədov Elvin I yer (16-17 yaş 85 kq) (Gi versiyası)
  2. – Əhmədov Elvin II yer (16-17 yaş 85 kq) (No-Gi)
  3. Camalov Anar II yer (18+ yaş 100 kq) (Gi versiyası)
  4. – Camalov Anar III yer (18+ yaş 100 kq) (No-Gi)
  5. İsmayilov Kamil II yer (12-13 yaş) (Gi versiyası)

Kempo İK

  1. Verdiyev Emil I yer  (14-15 yaş 58 kq) (Gi versiyası)
  2. – Verdiyev Emil II yer  (14-15 yaş 58 kq) (No-Gi)
  3. Mürsəlov Xəqani III yer (14-15 yaş 59 kq) (No-Gi)
  4. Babayev İlyas  III yer (12-13 yaş 60 kq) (No-Gi)
  5. – Babayev İlyas  II yer (12-13 yaş 60 kq) (Gi versiyası)
  6. Hüseynov Murad III yer (14-15 yaş 38 kq) (No-Gi)
  7. – Hüseynov Murad I yer (14-15 yaş 38 kq) (Gi versiyası)
  8. Hüseynov Əli-İmran III yer (12-13 yaş +72 kq) (No-Gi)
  9. Bünyadov Tahir II yer (12-13 yaş 50 kq) (Gi versiyası)

Dinamo İK

  1. Süleymanlı Nicat I yer  (12-13 yaş 42 kq) (Gi versiyası)
  2. Abbasov Tofiq III yer  (12-13 yaş +73 kq) (Gi versiyası)
  3. Səfərəliyev Həsən I yer  (14-15 yaş 47 kq) (Gi versiyası)
  4. Məmmədov Neimət III yer  (16-17 yaş 76 kq) (Gi versiyası)
  5. Cəfərov Vuqar II yer  (18+ yaş 71 kq) (Gi versiyası)
  6. – Cəfərov Vuqar II yer  (18+ yaş 71 kq) (No-Gi)

SAS Team

  1. Süleymanov Ayaz III yer  (18+  yaş 94 kq) (Gi versiyası)
  2. Agayev Abdullah  III yer  (14-15  yaş 47 kq) (Gi versiyası)

JG İK

  1. Quliyev Ceyhun I yer   (18+  yaş 100 kq) (Gi versiyası)
  2. – Quliyev Ceyhun II yer   (18+  yaş) (No-Gi)
  3. Fətəliyev Mehman I yer   (18+  yaş 85 kq) (Gi versiyası)
  4. Novruzov Həsən II yer   (18+  yaş) (Gi versiyası)
  5. Tagiyev Vuqar I yer   (18+  yaş +100 kq) (Gi versiyası)
  6. – Tagiyev Vuqar I yer   (18+  yaş) (No-Gi)
  7. Zaur Aşumov III yer   
         Azərbaycan Ciu-Citsu Federasiyası          
İştirak edən bütün idmançıları
Təbrik edir!

Steven Seagal

11 -13 oktyabr tarixlərində Moskvada, tanınmış Hollivud aktyoru və aykido üzrə 7 dan qara kəmər ustası Stiven Siqal (Steven Seagal) tərəfindən təşkil edilən 2-ci Beynəlxalq Budo Festivalı keçirilmişdir.

Seminarda bir çox ölkədən aykido ustası iştirak edib ( Azərbaycan, ABŞ, Rusiya, Belçika, Hollandiya, İtaliya, Finlandiya, Polşa, Qazaxıstan, Belarusiya və s.) .

Ölkəmizi bu festivalda aykido üzrə 1-ci dan qara kəmər ustası və Azərbaycan Aykido Federasiyasının nümayəndəsi Ramin Məmmədzadə təmsil etmişdir.

Həmçinin onuda qeyd etmək istərdik ki, Ramin MəmmədzadəStiven Siqalın dostluq münasibətilə yanaşı cənab Məmmədzadə ustad Siqalın Azərbaycanda xüsusi nümayəndəsidir.


Ramin Məmmədzadə Stiven Siqalı Azərbaycanda aykido masterklass seminarı keçirilməsinə dəvəti , festival sonrası aparılan danışıqların uğurlu nəticəsidir.

Dəqiq tarix bilinməsədə, 2020-ci ildə Bakıda Stiven Siqalin masterklass seminarı gözlənilir.

Azerbaijan Budo Festival 2019

instagram: @budo_festival_2019

PRESIDENT CUP 2019

XƏBƏR LENTİ