Müasir Ciu-Citsu
Müasir Ciu-Citsu – Hazırki dövrdə çox mürəkkəbdir. hazırki konsepsiya, təlim metodu, əldə olunan nəticələr və onların yoxlanılması bu idman növündən kimin və nə üçün məşqul olmağnıdan asılıdır.
Ciu-Ctsu sistemi üzrə keçirilən məşqlər, real döyüş vəziyyətinə uyğun aparılmalıdır. Xüsusi təyinatlı dəstənin üzvü, şəxsi can güdən və ya özünümüdafiə qruppasında olan qız və ya oğlan – bir sözlə hər kəs müxtəlif metod və üsullarla məşq edə bilər, amma adı dəyişməz olaraq qalacaq – Ciu-Citsu.
Hır hansı bir döyüş növü ilə məşqul olmağa başlayan insanların böyük əksəriyyəti, ilk öncə özünü müdafiə etmək, qaranlıq küçədə olarkən, psixoloji özgüvən əldə etmək, həmişə yaxşı formada olmaq və ən son da isə hər hansı idman nəticələri əldə etmək haqqında düşünür..
Ciu-Citsu üzrə məşqlər apararkən, əlbəyaxa döyüşün iki əsas aspektini nəzərə alırıq – rəqiblə yarış qaydaları çərçivəsində döyüşmək və gündəlik həyatda qarşılaşa biləcəyimiz gözlənilməz hallarda ozünü müdafiə etmə bacarığı. Güclü bir idmançı, gündəlik rastlaşa biləcəyimiz hallarda arqessiv olmaya bilər və təcrübəli idmançı həmişə tatami üzərində hazırlıqlı rəqibə qarşı hansısa fəndi tətbiq etməyə bilər. Döyüş başlayanda idmançılar arasndakı məsafə, psixoloji, taktiki və texniki hazırlıq önəmlidir və zərbə endirərkən, fənd tətbiq edərkən yarışdakı döyüşməklə küçədə rastlaşa biləcəyimiz vəziyyət arasında çox fərq var. Bizim məşqlərdə, bu iki fərqli sistem nəzərə alınır, hansı ki, biz bunu Ciu-Citsu adlandırırıq.
“Döyüş sənətinə yiyələnmək üçün, onun fəlsəfəsini dərk etmək lazımdır.Ağılsız, bədən lazım deyil”.
Ustadların deyimi:”Sin-Vaza-Tay (Ağıl-texnika-bədən)Bütün döyüş növlərinin əsas prinsipi bir formulda cəmlənib – Sin-Vaza-Tay”Ciu-Citsu (düzgün tələffüzü – Cyu-Cyutsu, amma biz bu adın müassir oxunuşunu qeyd edirik – təxmini mənası isə İncə-Sənət deməkdir. Hərfi tərcüməsi isə belədir, Ciu-incə, Citsu-texnika.
Ciu-Citsu Yaponların gizli özünümüdəfiə sənətidir. Bu döyüş növündən Cüdo, Aykido, Karate, Hapkido, Sambo və digər döyüş növləri yaranmışdır. Ciu-CitsuCiu-Citsu özündə şərq etika və fəlsəfəsini birləşdirən, universal Yapon özünümüdafiə sistemidir. Bu döyüş növü özündə, rəqibin bədənində həssas nöqtələrə endirilən zərbələri, boğucu və sındrıcı fəndləri, düşməni tərki silah etməyi, düşmənin əl və ayaqlarını bağlmağı, onu müşayiət etməyi birləşdirən döyüş növüdür. Eyni zamanda bura ənənəvi yapon silahlarından istifadə etmək, özünü psixoloji və fiziki olaraq tənzimləmə, KATSU adlandırılan fəndlər – ekstrimal vəziyyətədə, ənənəvi yapon ilkin tibbi yardım göstərmək də daxildir.
Ciu-Citsu hər kəs üçündür, qədim və müassir özünümüdafiə sənətidir. Əgər bu idman növüilə məşqul olacaqsınızsa, çox maraqlı, əgər tətbiq edəcəksinizsə, çox effektivdir. əgər sizin təhlükəsizliyiniz sizin üçün önəmlidirsə, siz Ciu-Citsu ilə məşqul olmalısınız. bu sizə, özgüvən, hərəkətlilik, sağlamlıq və xoşbəxtlik verəcəkdir.