Füzuli Musayev

19 iyun 2019-cu il tarixində, Ciu–Citsu Federasiyasının idarə heyətinin, Fövqəladə Hallar Nazirliyinin İdman – Sağlamlıq klubunda müşavirəsi keçirilmişdir.

Müşavirədə çıxış edən Ciu-Citsu Federasiyasının prezidenti Mir – Əli Seyidov Hüquq Mühafizə orqanları arasında idman əlaqələrinin və əməkdaşlığın yaradılması, bu orqanlarda peşə hazırlığının tərkib hissəsi olan xidməti – tətbiqi idman növlərinin inkişaf etdirilməsi və beynəlxalq miqyaslı tədbirlərdə layiqincə təmsil olunması məqsədilə, müvafiq departamentin yaradılmasını və bu departamentə rəhbərliyə dəvət edilməsi üçün Fövqəladə Hallar Nazirliyinin İdman – Sağlamlıq klubunun rəisi, polkovnik Füzuli Musayevi Vitse – prezident vəzifəsinə təklif etdi.

Federasiyanın qurum rəhbərləri və idarə heyəti üzvləri Fövqəladə Hallar Nazirliyinin İdman – Sağlamlıq klubunun rəisi, polkovnik Füzuli Musayevin namizədliyini dəstəkləyərək, yekdilliklə səs verdilər. Beləliklə, Füzuli Musayev Ciu – Citsu Federasiyasının vitse – prezidenti və yaradılan departamentin rəhbəri seçilmişdir.

Bu münasibətlə Vitse prezident Seymur Səfərov, ənənəvi Ciu Citsu bölümünün rəhbəri Əli Cəfərov, Federasiyanın mətbuat katibi Rüfət Abdullayev Füzuli Musayevi təbrik etmiş, işində uğurlar arzu etmişdir.