Steven Seagal

11 -13 oktyabr tarixlərində Moskvada, tanınmış Hollivud aktyoru və aykido üzrə 7 dan qara kəmər ustası Stiven Siqal (Steven Seagal) tərəfindən təşkil edilən 2-ci Beynəlxalq Budo Festivalı keçirilmişdir.

Seminarda bir çox ölkədən aykido ustası iştirak edib ( Azərbaycan, ABŞ, Rusiya, Belçika, Hollandiya, İtaliya, Finlandiya, Polşa, Qazaxıstan, Belarusiya və s.) .

Ölkəmizi bu festivalda aykido üzrə 1-ci dan qara kəmər ustası və Azərbaycan Aykido Federasiyasının nümayəndəsi Ramin Məmmədzadə təmsil etmişdir.

Həmçinin onuda qeyd etmək istərdik ki, Ramin MəmmədzadəStiven Siqalın dostluq münasibətilə yanaşı cənab Məmmədzadə ustad Siqalın Azərbaycanda xüsusi nümayəndəsidir.


Ramin Məmmədzadə Stiven Siqalı Azərbaycanda aykido masterklass seminarı keçirilməsinə dəvəti , festival sonrası aparılan danışıqların uğurlu nəticəsidir.

Dəqiq tarix bilinməsədə, 2020-ci ildə Bakıda Stiven Siqalin masterklass seminarı gözlənilir.